YouthX proqramı çərçivəsində növbəti təlimimiz – “Texnoloji Sahibkarlıq” uğurla həyata keçirildi!

3 Noyabr 2025 Təlimçi İsa Qasımov (İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru – “Enterprise Azerbaijan” portalının rəhbəri) iştirakçılarla texnologiyanın bizneslə inteqrasiyası, innovasiyaların sahibkarlıqda rolu və gələcək trendlər haqqında dəyərli biliklərini bölüşdü. 💫 Təlim zamanı gənclər texnoloji sahibkarlığın əsas prinsiplərini öyrənərək, yeni ideyalar üzərində düşünmək və onları reallaşdırmaq bacarıqlarını inkişaf etdirdilər. İştirak edən hər kəsə […]

“Dizayn düşüncəsi” vorkşopu uğurla başa çatdı!

2 Noyabr 2025 Sumqayıt Innovation Hub-da Ülviyyə Məddədzadə ilə birlikdə yaradıcı düşünmə, empatiya və innovativ yanaşma mövzularında dəyərli biliklər qazandıq. ✨ İştirak edən hər kəsə təşəkkür edirik – birlikdə öyrəndik, düşündük və yeni ideyalar yaratdıq! 🚀

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31 Oktyabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı və “Bebras”ın Azərbaycan üzrə rəsmi təmsilçisi olan “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə 18–24 noyabr 2025-ci il tarixlərində informatika və rəqəmsal inkişafın təbliğinə yönələn “Bebras” İnformatika və Alqoritmik Düşüncə  Müsabiqəsi keçiriləcək. Onlayn formatda təşkil olunacaq müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri […]

Asiya İnkişaf Bankı RİNN və AZCON tabeli qurumlarının satınalma əməkdaşları üçün tədbir keçirib

31 Oktyabr 2025 28 oktyabr 2025-ci il tarixində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeli qurumlarında fəaliyyət göstərən satınalma əməkdaşları üçün “Dövlət Satınalmalarının və Satınalma Əməkdaşlarının Peşəkarlaşdırılması” mövzusunda tədbir təşkil edib. Tədbirdə İRİA-nın sədr müavini Rəşad […]

Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib

22 Oktyabr 2025 18 oktyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgə təşkilatçılığı ilə məktəblilər arasında “R.M. 90” proqramlaşdırma müsabiqəsi keçirilib. Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illik yubileyi münasibəti ilə təşkil olunan müsabiqənin finalında  seçim mərhələsindən uğurla keçmiş 8, 9, 10 və 11-ci sinif […]

YouthX proqramımıza rəsmi olaraq start verildi!

19 Oktyabr 2025 Proqram çərçivəsində ilk təlimimiz — Camal Ağalevin təqdimatında keçirilən “İnnovasiyaya giriş” təlimi uğurla baş tutdu. İştirakçılar proqramın məqsədləri ilə tanış oldular və maraqlı müzakirələrlə ilk addımı atdılar. Yeni mərhələmiz gənclərin inkişafına və innovativ düşüncələrinə dəstək olmağa davam edəcək!

Avropanın nüfuzlu innovasiya platforması “Tenity” Azərbaycana gəlir

17 Oktyabr 2025 Avropanın nüfuzlu innovasiya platforması “Tenity” Azərbaycana gəlir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Avropanın tanınmış akselerasiya və inkubasiya mərkəzi olan “Tenity” ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanın fintex yönümlü startapları üçün nəzərdə tutulmuş iki hakaton və bir inkubasiya proqramı həyata keçiriləcək. Bu proqramlarda Azərbaycan startapları ilə yanaşı, digər ölkələrin də startapları iştirak […]

Enerji, motivasiya və faydalı biliklərlə dolu bir gün!

12 Oktyabr 2025 Bu gün Vionix Academy və Sumqayıt Innovation Hub ev sahibliyində keçirilən seminarımızda iştirakçılar @hr.gunay.bakhishli ishli ilə birlikdəgələcəyin peşələri, şəxsi brendin formalaşdırılması və uğurlu müsahibə sirləri haqqında dəyərli məlumatlar əldə etdilər. 💼✨ İştirak edən hər kəsə təşəkkürlər! 🙌Bu fürsəti qaçıranlar üçün növbəti tədbirlər çox yaxındadır — bizi izləməyə davam edin! 🚀