Dövlət qurumları və beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişafına dair vörkşop baş tutub

1 İyul 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin əməkdaşlığı çərçivəsində 29 – 30 iyun 2026-cı il tarixlərində “Rəqəmsal hökumətin inkişafı” mövzusunda vörkşop keçirilib. İki gün davam edən vörkşopda dövlət qurumlarının nümayəndələri, özəl sektor və beynəlxalq təşkilatların rəqəmsal idarəetmə üzrə ekspertləri bir araya gəlib. Azərbaycanın rəqəmsal inkişafı, bu […]
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində startaplar üçün mühüm beynəlxalq inkişaf və dəstək imkanı yaradılıb. Belə ki, İRİA “Microsoft” şirkətinin “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub. Bu əməkdaşlıq yerli startapların qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxışını, innovativ məhsullarının inkişafını və miqyaslanmasını dəstəkləyəcək. Proqram çərçivəsində […]
Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

12 İyun 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Openwave” Açıq İnnovasiya Hakatonu uğurla başa çatıb. “Openwave” gənclərin texnologiya və sahibkarlıq bacarıqlarının gücləndirilməsi, eləcə də dövlət qurumları ilə gənc innovatorlar arasında əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə keçirilib. Hakaton dövlət qurumlarında innovasiya mühitinin inkişafını […]
“Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başladı

8 İyun 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş “Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinə müraciətlər açıq elan edilib. Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt və peyk texnologiyalarının kommersiyalaşdırılması […]
Azərbaycan startapları “Silicon Valley May Summit 2026” tədbirində “Global Startup Showcase” səhnəsinə çıxıb

2 İyun 2026 Mayın 19 – 21-i tarixlərində Kaliforniyanın Sunniveyl şəhərində, “Plug and Play” şirkətinin baş ofisində “Silicon Valley May Summit 2026” tədbiri keçirilib. Üç gün davam edən tədbir bu il 17 fərqli sənaye proqramı üzrə 300-dən çox startapı, 4 000-dən çox iştirakçını, korporativ tərəfdaşları və investorları bir araya gətirib. Builki tədbirin gündəliyində mərkəzi mövzular […]
Azərbaycan startapları Silikon Vadisi ekosistemi ilə əlaqələri gücləndirir

25 May 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Plug and Play” innovasiya şirkətinin tərəfdaşlığı ilə keçirilən “GOAL” proqramının qalib startapları Silikon Vadisində görüşlər keçirib. Bu xüsusda Azərbaycan startapları ilə “Plug and Play” şirkətinin baş icraçı direktoru Saed Amidi arasında görüş baş tutub. Belə ki, “Plug and Play” ilə keçirilən görüşdə startapların inkişafı, investisiya, digər xarici bazarlara çıxış və Silikon Vadisi ekosisteminə inteqrasiya imkanları müzakirə edilib. Bununla yanaşı, görüş zamanı Azərbaycan startaplarının həlləri və məhsulları da təqdim olunub. Proqramın iştirakçıları, həmçinin “Plug and Play”in müxtəlif istiqamətləri üzrə bir sıra komandalar ilə görüşlər keçirirlər. Növbəti həftə startaplar “Silicon Valley Summit” çərçivəsində “Global Startup Showcase” səhnəsində çıxış edəcək, habelə sərgi zonalarında məhsullarını beynəlxalq auditoriyaya təqdim edəcəklər. Proqram ərzində “Hyundai Innovation Day”, “LinkedIn”, “Odoo” və “San Jose AI Center of Excellence Expo” kimi tədbir və şirkət ziyarətləri də nəzərdə tutulub. Onu da qeyd edək ki, […]
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

8 May 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Mastercard” şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizdə qabaqcıl kibertəhlükəsizlik texnologiyasının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, o cümlədən kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin […]
“Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın “Məzun günü” keçirilib

8 May 2026 Mayın 6-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyasının və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş “Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın məzunlarının layihə təqdimatları baş tutub. Ümumilikdə ikinci dalğadan 30 nəfər məzun olub, onların 37%-ni xanımlar təşkil edir. Fərqli komandalar 6 startap üzrə layihələrini […]
Kris Huiş: “Azərbaycanda oyun sənayesinin gəlirlərinin 200 milyon dollardan çox olması proqnozlaşdırılır”

5 May 2026 Qlobal oyun sənayesinin 2030-cu ilə qədər 500 milyard dollar dəyərə çatacağı proqnozlaşdırılır və belə bir dövrdə yeni inkişaf edən texnoloji mərkəzlərə diqqət artmaqdadır. Bu kontekstdə Azərbaycanda rəqəmsal ekosistemin qurulması və innovativ texnologiyaların tətbiqi ölkənin regionda liderə çevrilməsi üçün möhkəm zəmin formalaşdırır. Son illərdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən strateji […]
Beynəlxalq Telekommunikasiya İttifaqının Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

1 May 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BİT) ekspertləri, o cümlədən innovasiya ekosisteminin fəal üzvlərinin iştirakı ilə BTİ Regional Akselerasiya Mərkəzinin gələcək faəliyyətinə dair onlayn görüş baş tutub. Görüş zamanı Mərkəzin məqsədləri, missiyası, idarəetmə modeli və funksional istiqamətləri üzrə ekosistem iştirakçılarının rəyləri toplanılıb və geniş fikir mübadiləsi aparılıb. Belə […]