SumgaIt InnovatIon HUB innovativ düşüncəni
və startap ekosistemini

dəstəkləyən müasir məkandır.

SIH biznesinizi inkişaf etdirmək üçün dinamik bir mühit təqdim edir. HUB innovasiya və texnologiya sahəsində yeni imkanlar yaratmaq üçün fərdlərin və komandaların birlikdə işlədiyi və birgə səylərlə mühüm nəticələr əldə etdiyi əməkdaşlıq məkanıdır.

23

İş masası

740

kv m. Məkan

6

İş otağı

Xidmətlərimiz

Ofis Sahələri

Sumqayıt Innovation Hub-da ümumi sahədə olan masaları gündəlik, həftəlik, yalnız həftə sonları və ya aylıq olaraq icarəyə götürə bilərsiniz. Komanda ilə birlikdə işləmək üçün xüsusi ofislər də aylıq icarə üçün mövcuddur, bu da sizə peşəkar bir mühitdə iş birliyini təmin etməyə imkan verir.

Görüş Otaqları

Görüş otaqlarımız məhsuldar müzakirələr və danışıqlar aparmaq üçün nəzərdə tutulub. Müasir texnologiya ilə təchiz olunmuş bu otaqlar, komanda görüşləri, müştəri konsultasiyaları və təqdimatlar üçün mükəmməl məkandır. Otaqlar saatlıq icarəyə verilir, kiçik və orta ölçülü görüşlər üçün idealdır.

Kompüter Otaqları

İnnovasiya mərkəzimiz dizayn, İT və digər rəqəmsal sahələrdə iş və ya təhsil üçün yüksək performanslı kompüterlər və ən son əməliyyat sistemləri ilə təchiz olunmuş xüsusi kompüter otaqları təqdim edir. Ən son texnoloji avadanlıqlarla təchiz olunmuş bu otaqlar ilə siz layihələriniz üçün rahat iş mühiti əldə edəcəksiniz.

Xəbərlər

İcmamızın partnyorları

Rezervasiya

İstifadə edəcəyiniz xidməti seçin: