YouthX proqramı çərçivəsində növbəti təlimimiz – “Texnoloji Sahibkarlıq” uğurla həyata keçirildi!

3 Noyabr 2025

Təlimçi İsa Qasımov (İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru – “Enterprise Azerbaijan” portalının rəhbəri) iştirakçılarla texnologiyanın bizneslə inteqrasiyası, innovasiyaların sahibkarlıqda rolu və gələcək trendlər haqqında dəyərli biliklərini bölüşdü.

💫 Təlim zamanı gənclər texnoloji sahibkarlığın əsas prinsiplərini öyrənərək, yeni ideyalar üzərində düşünmək və onları reallaşdırmaq bacarıqlarını inkişaf etdirdilər.

İştirak edən hər kəsə təşəkkür edirik – birlikdə öyrəndik, paylaşdıq və innovasiyaya bir addım daha yaxınlaşdıq!