YouthX proqramımıza rəsmi olaraq start verildi!

19 Oktyabr 2025

Proqram çərçivəsində ilk təlimimiz — Camal Ağalevin təqdimatında keçirilən “İnnovasiyaya giriş” təlimi uğurla baş tutdu. İştirakçılar proqramın məqsədləri ilə tanış oldular və maraqlı müzakirələrlə ilk addımı atdılar. Yeni mərhələmiz gənclərin inkişafına və innovativ düşüncələrinə dəstək olmağa davam edəcək!