Azərbaycan nüfuzlu reytinqdə Mərkəz Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb

5 Dekabr 2025 İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlink Startup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub. “Ən […]

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

5 Dekabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.  Mərkəzin açılış tədbirində […]

İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

4 Dekabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Afrika nümayəndələri səfər çərçivəsində Azərbaycanın rəqəmsal dövlət texnologiyaları ilə tanış olublar. Təqdimatlar zamanı vətəndaşyönümlü rəqəmsal həllər […]

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

4 Dekabr 2025 Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in qeydiyyatına start verilir. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə icra olunur. Proqramın məqsədi tələbələrin müasir […]

“Smart Solutions for People” 2 günlük hakatonuna qeydiyyat başladı!

20–21 dekabr tarixlərində Sumqayıt İnnovasiya Mərkəzində real problemlərə innovativ həllər yaratmaq istəyən gəncləri hakatona dəvət edirik! 💡🤝 🧠Əgər sürətli düşünürsünüzsə, komanda ilə işləməyi sevirsinizsə və ideyanızı işlək prototipə çevirməyə hazırsınızsa, bu çağırış sizin üçündür! 📌 Seçim meyarları:• Yalnız 3 nəfərlik komanda şəklində iştirak etmək;• Yarışa şəxsi kompüterinizlə qatılmaq;• Qeydiyyat zamanı motivasiya məktubunu dolğun yazmaq. 📅 […]

ABŞ-nin qlobal innovasiya platforması “Plug and Play” ilə İRİA əməkdaşlığa başlayır

1 Dekabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla, digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi […]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 3 gün!

28 Noyabr 2025 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat davam edir. Bu tədris dalğasında Mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdim edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə […]

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb

28 Noyabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir. Memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap ekosisteminin böyüməsi və qarşılıqlı […]

Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

26 Noyabr 2025 Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası baş tutub. Paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər. Çıxışı zamanı Elvin Hacıyev Azərbaycan İnnovasiya […]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsi qiymətləndirilib

26 Noyabr 2025 Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması məqsədi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN) rəqəmsallaşma […]