Dövlət qurumlarının əməkdaşları üçün Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı həyata keçiriləcək

9 Oktyabr 2026 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start veriləcək. Proqram dövlət sektorunda rəqəmsal bacarıqların sistemli şəkildə inkişaf etdirilməsi, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi və əməkdaşların müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə səriştələrinin gücləndirilməsi […]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

8 Oktyabr 2026 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata start verib. Bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun xarici ölkələrdə fəaliyyət […]

İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

6 Oktyabr 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı (RƏT) arasında görüş keçirilib. Tədbirdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, RƏT-in Baş katibi Deemah AlYahya, eləcə də Azərbaycanın startap və İKT ekosistemini təmsil edən 30-a yaxın şirkət nümayəndəsi iştirak edib. Görüşdə rəqəmsal transformasiya, innovasiya ekosistemi, startaplar və texnologiya şirkətlərinin regional və […]

Azərbaycan Qlobal İnnovasiya İndeksində 9 pillə irəlilədi

30 Sentyabr 2026 Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2026-cı il üçün açıqladığı Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb və 2025-ci illə müqayisədə 9 pillə irəliləyib. Belə ki, əldə edilən bu nəticə Azərbaycan üçün son beş ilin ən yüksək göstəricisi hesab olunur. 2025 və 2026-cı il reytinqlərində iştirak edən ölkələrin mövqeləri müqayisə edildikdə, […]

Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

29 Sentyabr 2026 22–27 sentyabr tarixlərində Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında Azərbaycan kibertəhlükəsizlik bacarığı üzrə təmsil olunub. Ölkəmizi bu istiqamətdə təmsil edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin əməkdaşları Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüblər. Yusif Kazımlı, eyni zamanda, Azərbaycan Kibertəhlükəsizlik […]

Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

28 Sentyabr 2026 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə “Xsolla” şirkətinin Bakıda Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışı baş tutub. Açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi iştirak ediblər. Tədbir zamanı “Xsolla”nın Azərbaycanın oyun ekosisteminin inkişafına indiyədək verdiyi töhfələr müzakirə olunub. İKT sahəsində yeni iş […]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

24 Sentyabr 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti “İcma Günü” tədbiri baş tutub.   Tədbirin əsas məqsədi AKM məzunları arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, kibertəhlükəsizlik ekosisteminin inkişaf perspektivlərini müzakirə etmək və peşəkar əlaqələri möhkəmləndirmək olub. Şamaxıda keçirilən görüşdə AKM-in müxtəlif tədris dalğalarının məzunları, Mərkəzin müəllim […]

Azərbaycanın rəqəmsal hökumət və texnoloji potensialı “ITCN Asia 2026” sərgisində təqdim olunub

24 Sentyabr 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Texnopark rezidentlərindən ibarət nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində keçirilən 28-ci “ITCN Asia 2026” beynəlxalq texnologiya sərgisi və konfransında iştirak edib. Səfərin əsas məqsədi Azərbaycanın rəqəmsal hökumət təcrübəsinin, innovasiya ekosisteminin, kibertəhlükəsizlik imkanlarının və Azərbaycanın texnologiya şirkətlərinin məhsul və xidmətlərinin beynəlxalq auditoriyaya təqdim edilməsi, eləcə də Cənubi […]

“Baku ID” çərçivəsində startap və texnologiya şirkətləri ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

18 Sentyabr 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Azərbaycanın aparıcı texnologiya şirkətləri və startapları ilə “Ecosystem Meetup” görüşü keçirilib. “Baku ID” çərçivəsində baş tutan görüşdə 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən irimiqyaslı islahatlar, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn prioritetlər və innovasiya sahəsində qanunvericilik təşəbbüsləri, o cümlədən “OpenWave” Açıq İnnovasiya Proqramı və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılmasını nəzərdə tutan “Rəqəmsal Üfüqlər” layihəsi haqqında ətraflı məlumat verib. Azərbaycanda İT sahəsində insan kapitalının yetişdirilməsi məsələsinə toxunan Rəşad Həsənov əmək bazarında müəyyən çağırışların olduğunu bildirib: “İT əmək bazarının tələb və təklifi arasında böyük fərq mövcuddur. İT ixtisası ilə məzun olanların sayı kifayət qədər olsa da, məzunlar öz sahələrinə uyğun iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən, İT şirkətləri sahə üzrə orta və yüksək təcrübəli əməkdaşlar tapmaqda çətinlik çəkir. Başqa sözlə, bazarda tələb və təklif arasında tarazlıq pozulur”.  O, həmçinin qeyd edib ki, bu məsələnin həlli üçün dünya təcrübəsi öyrənilib və müvafiq islahatlar çərçivəsində İT mütəxəssislərinin yetişdirilməsi, yenidən ixtisaslaşdırılması və əmək bazarına cəlb edilməsi mexanizmlərinin tətbiqi nəzərdə tutulub.  Nazir müavini, həmçinin “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı barədə məlumat verib. Belə ki, dövlət qurumlarında çalışan 30 min şəxs üçün yeni öyrənmə platforması hazırlanmış, platformada süni intellekt, kibertəhlükəsizlik sahələrini əhatə edən materiallar, imtahan modulları yerləşdirilmişdir. Proqrama oktyabr ayından etibarən start veriləcək. Rəqəmsal bacarıqların sistemli şəkildə inkişaf etdirilməsi, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi və əməkdaşların müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə səriştələrinin gücləndirilməsi məqsədi daşıyır.  İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışı zamanı Agentlik tərəfindən hazırlanan “OpenWave” Açıq İnnovasiya Proqramını ekosistem nümayəndələrinin diqqətinə çatdırıb. O bildirib ki, proqram qurumların və təşkilatların real əməliyyat problemlərinin süni intellekt texnologiyası əsasında həlli imkanlarını ehtiva edir: “Bu proqram qurumların üzləşdiyi real çağırışlarla startap həlləri arasında körpü yaradır. Belə ki, qurumların müəyyən etdiyi problemlər üzrə vörkşoplar keçirilir və bu zaman startap həlləri təqdim edilir. Seçilmiş həllər real iş mühitində prototip səviyyəsində sınaqdan keçirilir və nəticə qurumlar tərəfindən təhlil edilir”. O əlavə edib ki, ilkin mərhələdə proqram “Plug and Play” ilə birlikdə “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC üçün cari ilin sentyabrında həyata keçirilib.  Görüşün təqdimat hissəsindən sonra şirkətlərlə müzakirə baş tutub. Tədbir iştirakçıları texnoparklar, yerli və xarici bazarlarda genişlənmə potensialının artırılması, startapların üzləşdiyi çağırışlar və digər mühüm mövzularda fikir mübadiləsi aparıblar. Qeyd edək ki, İRİA tərəfindən mütəmadi keçirilən “Ecosystem Meetup” tədbirlərinin əsas məqsədi innovasiya ekosistemində əlaqələri gücləndirmək, təcrübə, bilik, nailiyyətlər və planlar haqqında ətraflı müzakirə aparmaqdır. 

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da innovasiya və rəqəmsallaşmanın dayanıqlı inkişafa təsiri müzakirə olunub

11 Sentyabr 2026 “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu” mövzusunda panel müzakirəsi keçirilib. Davos formatında keçirilmiş tədbirdə dövlət qurumlarını, beynəlxalq təşkilatları və özəl sektoru təmsil edən 100-ə yaxın nümayəndə, habelə ekspertlər iştirak edib. Panel müzakirəsinin əsas məqsədi iqlim sahəsində […]