Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib

22 Oktyabr 2025 18 oktyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgə təşkilatçılığı ilə məktəblilər arasında “R.M. 90” proqramlaşdırma müsabiqəsi keçirilib. Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illik yubileyi münasibəti ilə təşkil olunan müsabiqənin finalında seçim mərhələsindən uğurla keçmiş 8, 9, 10 və 11-ci sinif […]
🚀 Təlimlər davam edir!

Növbəti görüşümüzdə BMU Texnoparkının direktoru Vüsal Süleymanlı ilə bir araya gəlirik!Biznes model canvas və value proposition design mövzularında dəyərli biliklər qazanmaq fürsətini qaçırma! 💡 📅 22 oktyabr🕖 19:00 – 21:00📍 Sumqayıt Innovation Hub
YouthX proqramımıza rəsmi olaraq start verildi!

19 Oktyabr 2025 Proqram çərçivəsində ilk təlimimiz — Camal Ağalevin təqdimatında keçirilən “İnnovasiyaya giriş” təlimi uğurla baş tutdu. İştirakçılar proqramın məqsədləri ilə tanış oldular və maraqlı müzakirələrlə ilk addımı atdılar. Yeni mərhələmiz gənclərin inkişafına və innovativ düşüncələrinə dəstək olmağa davam edəcək!
Avropanın nüfuzlu innovasiya platforması “Tenity” Azərbaycana gəlir

17 Oktyabr 2025 Avropanın nüfuzlu innovasiya platforması “Tenity” Azərbaycana gəlir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Avropanın tanınmış akselerasiya və inkubasiya mərkəzi olan “Tenity” ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanın fintex yönümlü startapları üçün nəzərdə tutulmuş iki hakaton və bir inkubasiya proqramı həyata keçiriləcək. Bu proqramlarda Azərbaycan startapları ilə yanaşı, digər ölkələrin də startapları iştirak […]
Enerji, motivasiya və faydalı biliklərlə dolu bir gün!

12 Oktyabr 2025 Bu gün Vionix Academy və Sumqayıt Innovation Hub ev sahibliyində keçirilən seminarımızda iştirakçılar @hr.gunay.bakhishli ishli ilə birlikdəgələcəyin peşələri, şəxsi brendin formalaşdırılması və uğurlu müsahibə sirləri haqqında dəyərli məlumatlar əldə etdilər. 💼✨ İştirak edən hər kəsə təşəkkürlər! 🙌Bu fürsəti qaçıranlar üçün növbəti tədbirlər çox yaxındadır — bizi izləməyə davam edin! 🚀
İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

13 Oktyabr 2025 9–10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində ölkənin ən nüfuzlu kibertəhlükəsizlik tədbirlərindən biri —Critical Infrastructure Defence Challenge (CIDC 2025) ikinci dəfə təşkil olunub. Yarış Azərbaycanın ən güclü kibertəhlükəsizlik komandalarını bir araya gətirərək, real hücum və müdafiə ssenariləri əsasında qurulmuş kibermüharibə yarışında onların bacarıqlarını sınayıb. Tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal […]
“İnnovasiyaya giriş” təlimi

İnnovasiyanın əsas anlayışlarını və ekosistemdəki real tətbiqlərini öyrənməyə hazırsan? 📍 Məruzəçi: Camal Ağayev – İRİA-nın Startup Ekosisteminə Dəstək şöbəsinin müdiri🗓 Tarix: 17 oktyabr🕖 Saat: 19:00📌 Məkan: Sumgait Innovation Hub Gələcək üçün dəyər yaradan biliklər qazan, innovasiyanın sirrlərini kəşf et!➡️ Qeydiyyat linki: https://forms.gle/cD1kmC2xJ1jx9eddA
İnnovasiya ekosistemi oyunçularının sertifikatlaşdırılması və akkreditasiyası proqramına yekun vurulub

10 Oktyabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Qlobal İnnovasiya İnstitutu və “Code Academy” ilə əməkdaşlığı çərçivəsində keçirilən İnnovasiya Ekosistemi Oyunçularının Sertifikatlaşdırılması və Akkreditasiyası Proqramının yekun bağlanış tədbiri baş tutub. Tədbirdə innovasiya ekosisteminin oyunçuları, universitetlər, akselerasiya və inkubasiya mərkəzləri, həmçinin korporativ sektorun nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədr müavini […]
İKT sahəsi üzrə dünyanın nüfuzlu məktəbi tam təqaüdlü tədris proqramı elan edir

9 Oktyabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PASHA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə “Holberton School Azerbaijan”-da yüz faizlik təqaüd proqramına start verilir. Proqram çərçivəsində 2025–2026-cı illər üzrə proqram təminatının əsasları və müasir texnologiyalar üzrə təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq nüfuza malik Holberton Məktəbi modelinə əsaslanacaq. Proqramda 16 yaşdan […]
RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

7 Oktyabr 2025 3 oktyabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeli qurumlarının məsul şəxsləri ilə görüş baş tutub. Görüşdə qurumların İnsan Resursları şöbələrinin rəhbər şəxsləri, İnformasiya təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə məsul şəxslər də daxil olmaqla 35 nəfərə yaxın qonaq iştirak […]