E-ticarət haqqında fərqli təqdimatlar, şəbəkələşmə və sual-cavab sessiyası

2 mart tarixində EcomX təlim proqramının bir hissəsi olan, Sumqayıt Canlı görüşü keçiriləcək. Görüşdə e-ticarət haqqında fərqli təqdimatlar, şəbəkələşmə və sual-cavab sessiyası baş tutacaq. Görüş yeri: 📍Sumgait Innovation Hub, Mərkəz plaza, 9-cu mərtəbə, H.Əliyev küç. 36, Sumqayıt🗓️ 02.03.2025 // 11:00 Canlı görüşdə iştirak üçün aşağıdakı formu doldurmağınız tələb olunur: *https://forms.gle/K8KPNjniyfL9Ye1n7* QEYD: Görüş yalnız Sumqayıt və […]
Regionlarda innovativ sahibkarlıq üzrə 23 rayon və 700-dən çox vətəndaşı əhatə edən tədbirlər keçirilib.

18-02-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycanın bir sıra regionlarında “INNOSTART” layihəsinin silsilə icma tədbirləri keçirilib. Praktik sessiyaların iştirakçıları innovasiya ekosistemi, startap quruculuğu və ideyaların biznesə çevrilməsi üzrə ətraflı məlumat əldə ediblər. “INNOSTART” layihəsi Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan kimi böyük şəhərləri, eləcə […]
“INNOSTART” yenidən sizlərlə!

Tədbirlərimiz gənclərimizə ilham olmağa yaxın günlərdə qaldığı yerdən davam edəcək. Bu il hədəflərimiz daha böyükdür! Sizi yeni ideyalarınız və layihələrinizlə aramızda görmək üçün gün sayırıq.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq edəcək.

14-02-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb. Bu saziş çərçivəsində AKM tərəfindən Peşə Təhsili Mərkəzində aşağıdakı fəaliyyətlər həyata keçiriləcək: • İnformasiya kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində keçirilən fənlərin sillabusları dəyərləndiriləcək, […]
Azərbaycan və İsrail arasında innovasiya əməkdaşlığı güclənir.

03-02-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və İsrailin “Israel Aerospace Industries” (IAI) korporasiyası arasında innovasiya sahəsində iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Memorandum ölkəmizdə innovasiya və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Mükəmməllik Mərkəzinin təsis edilməsi, təlim proqramlarının keçirilməsi, insan kapitalının inkişafı və digər mühüm təşəbbüsləri əhatə edir. Memorandumun əhəmiyyətinə […]
Daha 23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edildi.

03-02-2025 Azərbaycan Respublikasının 17 qanununda dəyişikliklər edilməsini nəzərdə tutan qanun təsdiqlənib və bu gündən etibarən qüvvəyə minib. Qanunun qüvvəyə minməsi nəticəsində 23 növ sənədə dair məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təqdim edilməsi həmin sənədlərin fiziki daşıyıcılarının təqdim edilməsinə bərabər tutulacaq. Qeyd olunan dəyişikliklər nəticəsində miqrasiya, əmək, məşğulluq, sığorta, təhsil, yol hərəkəti, əmlak məsələlərində, […]
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub.

03-02-2025 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca dördüncü “Məzun Günü” baş tutub. Məzun günündə açılış nitqi ilə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov mərkəzin ölkənin kibertəhlükəsizlik sahəsinə verdiyi töhfələrdən bəhs edib: “Azərbaycan Respublikası […]
Rəqəmsal Akademiyanın növbəti təlimləri Almaniyada keçirilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə başladılan “Rəhbərlər üçün Rəqəmsal Akademiya” proqramının növbəti sessiyası 27 – 28 yanvar tarixlərində Berlində keçirilib. İki gün davam edən təlimlərdə 13 dövlət qurumundan 13 rəhbər şəxs iştirak edib. Səfər zamanı iştirakçılar Almaniya və Danimarkanın hökumət sektorunda zəngin rəqəmsal transformasiya təcrübəsi ilə yaxından tanış olublar, eləcə də alman […]
“Layihələrin idarəolunmasında çevik düşüncə və Agile metodologiyası” mövzusunda təlim baş tutacaq!

Sumgait Innovation Hub sizi “Layihələrin idarəolunmasında çevik düşüncə və Agile metodologiyası” mövzusunda təlimə dəvət edir! Təlim “Layihələrin idarəolunması üzrə ekspert”, “PMP” və “ACP” sertifikatlı Nadir Quluzadə tərəfindən keçiriləcək. ABŞ təşkilatları və BMT agentliklərində 30 ilə yaxın rəhbər vəzifələrində çalışan Nadir Quluzadə beynəlxalq inkişaf sektorunda yüksək təcrübəyə sahibdir. Hal-hazırda müstəqil ekspert kimi biznes və təşkilatlara strateji […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olundu

Fərid Osmanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edirdi. Onun rəhbərliyi dövründə Agentlik tərəfindən rəqəmsal hökumət quruculuğu, innovasiya ekosisteminin inkişafı və İKT üzrə insan kapitalının formalaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb. İnarə Vəliyeva ona həvalə edilmiş öhdəlikləri […]