“Layihələrin idarəolunmasında çevik düşüncə və Agile metodologiyası” mövzusunda təlim baş tutacaq!

Sumgait Innovation Hub sizi “Layihələrin idarəolunmasında çevik düşüncə və Agile metodologiyası” mövzusunda təlimə dəvət edir!

Təlim “Layihələrin idarəolunması üzrə ekspert”, “PMP” və “ACP” sertifikatlı Nadir Quluzadə tərəfindən keçiriləcək.

ABŞ təşkilatları və BMT agentliklərində 30 ilə yaxın rəhbər vəzifələrində çalışan Nadir Quluzadə beynəlxalq inkişaf sektorunda yüksək təcrübəyə sahibdir. Hal-hazırda müstəqil ekspert kimi biznes və təşkilatlara strateji və praktiki həllər sahəsində konsaltinq xidmətləri göstərir və sizlərlə öz dəyərli bilik və təcrübələrini bölüşəcək.

Layihələrinizdə müasir yanaşmanı tətbiq edərək daha effektiv nəticələr əldə etmək istəyirsinizsə, bu təlim sizin üçün əla fürsətdir!

🗒️Tarix: 31 yanvar

🕝Saat: 18:00-20:00

📍Məkan: H. Əliyev pr. 36, Mərkəz plaza, Sumqayıt

Təlimdə iştirak ödənişsizdir!

Qeydiyyat üçün link: https://shorturl.at/JssMw