Sumgait Innovation Hub tərəfdaşlığı ilə IDDA Alumni Community çərçivəsində növbəti şəbəkələşmə tədbiri keçirildi

23 Aprel 2026

Tədbirin ilk hissəsində iştirakçılara icma daxilindəki imkanlar və fəaliyyət istiqamətləri təqdim olundu. Daha sonra ADNSU-nun Startap və texnologiya transferi şöbəsinin müdiri Əhməd Əhmədzadə Azərbaycan İnnovasiya Mərkəzində həyata keçirilən layihələr və mövcud imkanlar barədə məlumat verdi.

Əsas hissədə Ümid Salay “Süni intellekt səni əvəz edəcək, yoxsa gücləndirəcək?” mövzusunda çıxış edərək AI-nin iş mühitinə təsiri, yaratdığı risklər və fürsətlər, həmçinin bacarıqların inkişafı barədə fikirlərini bölüşdü.

İnteraktiv müzakirələr zamanı iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq suallarını ünvanladılar və şəbəkələşmə imkanı əldə etdilər.