Peşə Təhsil Mərkəzi ilə “Sumgait İnnovation Hub” arasında Anlaşma Memorandumu imzalanıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi ilə “Sumgait İnnovation Hub” arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi ilə “Sumgait İnnovation Hub” arasında 09 aprel 2025-ci il tarixində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “Sumgait İnnovation Hub”-ın direktoru İlqar Adgözəlov imzalayıblar.
Memoranduma əsasən, Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr İKT istiqamətində həyata keçirilən müxtəlif proqramlardan, təlimlərdən və təcrübə imkanlarından yararlana biləcəklər. İmzalanan sənədin məqsədi qarşılıqlı anlaşma əsasında tələbələrin beynəlxalq proqramlar üzrə təlimlərə cəlb edilməsi, onların işlə təmin olunmasına köməklik göstərilməsi, birgə tədbirlərin təşkili, təhsil alanların bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıqdan ibarətdir.