Haqqımızda

 

Biz Kimik?

“Sumgait Innovation Hub” Sumqayıt şəhərinin mərkəzində yerləşən dinamik kovörkinq məkanı və startuplara dəstək mərkəzidir. Sahibkarlar, startaplar və gənclər üçün yaradılmış bu məkan biznes və teknologiya sahəsinin mütəxəssisləri ilə əməkdaşlıq etmək, ideyalar paylaşmaq və biznesinizi inkişaf etdirmək üçün ilhamverici bir mühit təqdim edir.

Biz Sumqayıtın startap və innovasiya ekosisteminin inkişafına dəstək olmaqla yanaşı, müxtəlif təlim proqramları, bootcamplar və mütəxəssislərlə görüşlər təşkil edərək biznes ideyalarınızı reallığa çevirmək və yeni imkanlar yaratmaq üçün lazımi resurslar təqdim edirik.

İstər frilanser və ya inkişaf edən startap olun, istərsə də mövcud bir biznes sahibi, “Sumgait Innovation Hub” sizin ehtiyaclarınıza uyğun müasir avadanlıqlar, ofislər və görüş otaqları təklif edir. Bizə qoşulun, ideyalarınızı reallaşdırın, əməkdaşlıq və innovasiyanı təşviq edən bu məkanın imkanlarından faydalanın.

Baxış

Startapların uğuru vasitəsilə iqtisadi artım və texnoloji irəliləyişləri dəstəkləyərək regionda sahibkarlıq və innovasiyanın lider mərkəzi olmaqdır.

Missiyamız

Missiyamız Sumqayıt şəhərində innovativ düşüncənin və imkanların qovuşduğu dinamik ekosistem yaratmaqdır.

Dəyərlərimiz

Fəaliyyətimizin hər bir sahəsində yüksək standartlara nail olmaq üçün çalışırıq və dəyərlərimiz bütün fəaliyyətlərimizə rəhbərlik edir:

  • Əməkdaşlıq
    Komandanızın böyüməsini, yaradıcılığını və əməkdaşlığını dəstəkləyərək rahat iş mühiti yaradırıq. Tərəfdaşlıq və komanda işi ümumi uğurlarımızın əsasını təşkil edir.
  • İnnovasiya
    Biz startaplar və fərdlərin ideyalarını həyata keçirmək üçün lazım olan alətləri, məkanı və dəstəyi təmin edərək inkişaf edən bir ekosistemin yaranmasına həsr olunmuşuq.
  • Dürüstlük
    Bütün fəaliyyətlərimizdə şəffaflıq, dürüstlük və məsuliyyət prinsipləri ilə hərəkət edirik.
  • Peşəkar İnteqrasiya
    “Sumgait Innovation Hub” yüksək standartlara malik peşəkar bir mühitdir. Biz bizneslərə həm inkişaf etmək, həm də sosial məsuliyyət təşəbbüslərini gücləndirmək üçün mükəmməl bir məkan təklif edirik.
  • Gənclərin İnteqrasiyası

    Sumqayıt gənclərinin öyrənməsini və hərəkətə keçməsini ilhamlandıran proqramlar, təlimlər və tədbirlər təklif edərək növbəti nəsli gücləndirməyə dəyər veririk.

  • İcma və Əlaqə

    Biz icmanın gücünə inanırıq. İnsanları bir araya gətirərək əməkdaşlıq, şəbəkə qurma və qarşılıqlı inkişaf üçün imkanlar yaradırıq, üstəlik bütün bunlar Sumqayıtın mərkəzində.