Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib.

25/06/2025 23 iyun 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib. Görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı İRİA-nın aidiyyəti nümayəndələri tərəfindən “Rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” layihəsi və “Elektron Hökumət İnformasiya Sistemlərində (EHİS) fəaliyyət davamlılığının inkişafı” mövzularında […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yenilənmiş veb-saytı istifadəyə verilib.

21/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) özünün yenilənmiş rəsmi veb-saytını istifadəyə verib. Yeni platforma Agentliyin fəaliyyət istiqamətləri, təşəbbüsləri və strateji məqsədləri barədə daha dolğun və əlçatan informasiya təqdim etmək məqsədilə yaradılıb. Yenilənmiş veb-sayt istifadəçi dostu interfeysi, müasir dizaynı və strukturlaşdırılmış məzmun təqdimatı ilə seçilir. Yeni sayt sadə və intuitiv interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli […]
“Startup Genome” hesabatı: Azərbaycanda İKT, rəqəmsal dövlət və oyun sənayesi kimi sahələr yüksəlişdədir.

18/06/2025 İnnovasiya ekosisteminin qlobal müstəvidə təhlilini aparan “Startup Genome” platforması 2025-ci il üçün hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın bir sıra innovativ texnologiyalar üzrə irəliləyiş əldə etdiyi vurğulanır. Belə ki, ölkəmiz İKT, dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi və oyun sənayesi kimi sahələrdə rəqabətqabiliyyətli göstəricilərə sahibdir. Bundan əlavə, hesabatda bildirilir ki, Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk […]
İRİA-nın Nüvə tədqiqatları departamentinin fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub

12/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin fəaliyyətini əks etdirən videoçarx təqdim edilib. Videoda radiasiya texnologiyaları, məhsulların sterilizasiyası, qamma şüalandırması və radionuklid analizi üzrə xidmətlər, müasir laboratoriya imkanları və eləcədə ölkəmizdə sahibsiz radioaktiv materialların axtarışı ilə bağlı ətraflı məlumat yer alıb. Qeyd edək ki, Nüvə tədqiqatlari departamenti radionuklid analizləri, qamma şüalandırma, radiasiya cihazlarının […]
Yeni İKT proqramına qeydiyyat başlayır

11/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və aparıcı qlobal İT şirkəti “Andersen”in birgə əməkdaşlığı çərçivəsində “IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır. Bir il davam edəcək proqramın ilk 3 ayında Java, QA və Sistem Təhlili üzrə beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən təkmilləşdirici təlimlər keçiriləcək. Növbəti 6 ay ərzində iştirakçılar real layihə tapşırıqları üzərində işləyəcək və komandada […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Təl-Əviv Universiteti arasında strateji razılaşma əldə edilib.

04/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Təl-Əviv Universiteti arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair strateji razılaşma əldə edilib. Bu razılaşma kibertəhlükəsizlik və süni intellekt üzrə əməkdaşlığın gücləndirilməsi, həmçinin tədqiqat, təhsil və innovasiya istiqamətində qarşılıqlı potensialın inkişaf etdirilməsi məqsədini daşıyır. Razılaşma çərçivəsində əməkdaşlıq bir neçə əsas istiqaməti əhatə edir. Bunlara Təl-Əviv Universitetinin […]
Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib.

27/05/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) iştirakı ilə Azərbaycanın Qlobal İnnovasiya İndeksində (Qİİ) mövqeyinin gücləndirilməsinə həsr olunmuş videokonfrans baş tutub. Görüşün keçirilməsində başlıca məqsəd ölkəmizin sözügedən qlobal reytinqdə göstəricilərinin təhlili, əldə edilmiş nəticələr və qarşıda duran çağırışlarla əlaqədar fikir mübadiləsinin aparılması olub. İRİA-nın sədri Fərid […]
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir.

23/05/2025 İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. Son dörd ilin hesabatlarında ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan cari ildə ən yüksək nəticəyə nail olub. Belə ki, ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ekosistemin illik artım tempi 24% təşkil edib ki, bu […]
Bakı nüfuzlu innovasiya reytinqində “İlin şəhəri” seçilib.

23/05/2025 İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. Hesabatda diqqətçəkən əsas məqam Bakının bir neçə kateqoriya üzrə digər Mərkəzi Asiya şəhərlərindən daha yüksək nəticə göstərərək “İlin şəhəri” seçilməsidir. Bakı şəhəri, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, […]
Azərbaycanın oyun studiyaları üçün ilk qlobal inkubasiya proqramı keçirilir.

15-05-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə rəqəmsal oyun yaradıcıları üçün “Xsolla–IDDA Incubation Program” – inkubasiya proqramının təqdimatı baş tutub. Azərbaycanda ilk dəfə keçirilən bu proqramın məqsədi qabaqcıl beynəlxalq təcrübə və mentor dəstəyini ölkəmizə gətirməklə yüksək potensialı olan yerli oyun studiyalarının inkişafına təkan verməkdir. Üç aylıq hibrid proqramda seçim mərhələsini […]