İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olundu

Fərid Osmanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu vəzifəni 2023-cü ildən etibarən İnarə Vəliyeva icra edirdi. Onun rəhbərliyi dövründə Agentlik tərəfindən rəqəmsal hökumət quruculuğu, innovasiya ekosisteminin inkişafı və İKT üzrə insan kapitalının formalaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb. İnarə Vəliyeva ona həvalə edilmiş öhdəlikləri […]
“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını ilk dəfə təqdim edib.

Azərbaycan İnnovasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Microsoft” şirkəti və “Strategeast”in tərəfdaşlığı ilə “Microsoft for Startups Founders Hub” proqramına start verilib. Tədbirdə “Microsoft”un nümayəndələri, Azərbaycanın texnologiya şirkətləri, yerli startaplar, AİM Texnoparkının rezidentləri və İKT ekspertləri iştirak ediblər. İlk dəfə keçirilən bu proqramın məqsədi startapları, eləcə də kiçik və orta İKT şirkətlərini inkişaf üçün vacib […]
İnnovasiya sahəsində vəsaitdən istifadə qaydası təsdiq edildi

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edildi. Adıçəkilən Qayda, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi, onların transferinin təşkili, ölkə daxilində və xaricində innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviqi […]
Azərbaycanda ilk dəfə “Purple team” üzrə təlimlərə start verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində özəl və dövlət sektorların kibertəhlükəsizlik mütəxəssislərinin bilik və bacarıqlarını təkmilləşdirmək üçün “Purple team” təlimləri təşkil edilib. Qeyd edək ki, ölkəmizdə bu istiqamət üzrə təlimlərin keçirilməsi ilk dəfədir. “Purple team” təlimləri kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi olan şəxslər üçün nəzərdə tutulub. Dərslər […]
İRİA oyun sənayesinin aparıcı şirkəti “Xsolla” ilə tərəfdaşlığa başlayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 17 dekabr 2024-cü il tarixində oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “Xsolla” şirkəti ilə tərəfdaşlıq üzrə müqavilə imzalayıb. Bu tərəfdaşlıq Azərbaycanın oyun studiyaları üçün təlim, texnologiya, maliyyə resursları və qlobal bazara çıxış imkanları yaradır. Qlobal oyun sənayesində bütün ödəniş əməliyyatlarının 72%-ni əhatə edən bu şirkət Azərbaycanın oyun sektoruna […]
Sumqayıt İnnovasiya Mərkəzinin açılışı baş tutub!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PAŞA Holding”in sponsorluğu ilə təsis edilmiş Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə qonaq qismində dövlət rəsmiləri, tanınmış ekosistem oyunçuları, startapçılar və İKT icmasının üzvləri iştirak ediblər. Tədbirin açılış nitqində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov Sumqayıt İnnovasiya Mərkəzinin yaradılmasının ölkə üzrə vahid innovasiya […]