#INNOSTART Sumqayıt Hakatonu 2 sona çatdı!

🚀 5-6 aprel tarixlərində baş tutan “INNOSTART” Sumqayıt Hakatonu iki gün boyunca innovativ ideyalar, yaradıcı həllər və dəyərli müzakirələrlə yadda qaldı. İştirakçılar komandalar şəklində layihələrini jüri qarşısında təqdim edərək qiymətləndirmə mərhələsindən keçdilər. 🎯 Qalib komandalar, öz startaplarını inkişaf etdirmək üçün investisiya formatında mükafatlandırıldılar: 🏆 Qalib komandalar:• 1-ci yer: hashtag #Codepays — Şirkətlərin IT sahəsində ixtisaslaşmış […]
EcomX təlim proqramının ikinci canlı görüşü keçirildi.

29 mart tarixində Sumgait Innovation Hubda EcomX təlim proqramının ikinci canlı görüşü keçirildi. Komanda işi və praktiki fəaliyyətlər vasitəsilə iştirakçılar real e-ticarət problemləri üzərində işlədilər. Onların yanaşmaları və həll yolları bizə bir daha göstərdi ki, gənclər bu sahədə böyük potensiala malikdirlər. İndi isə canlı görüşün ən maraqlı anlarını əks etdirən videonu sizinlə paylaşırıq! Əgər siz […]
Ölkəmiz İtaliya ilə innovasiya, kibertəhlükəsizlik və rəqəmsal inkişaf sahəsində əməkdaşlığa başlayıb.

19-03-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İtaliyanın telekommunikasiya və texnologiya sektorunda aparıcı şirkəti olan “Telecom Italia” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İki qurum arasında baş tutan görüşlərdə əməkdaşlığın müxtəlif perspektivləri, xüsusilə də italyan texnologiya şirkətinin Azərbaycan bazarında potensialı müzakirə edilib. Həmçinin əməkdaşlıq çərçivəsində layihələrin effektiv idarə edilməsi məqsədilə rəhbər komitə də təsis edilib. […]
“Vizual Kimlik və Brendinq” təlimi uğurla baş tutdu

14/03/2025 10 mart tarixində Rəsul Həsənin təqdimatında keçirilən “Vizual Kimlik və Brendinq” təlimi iştirakçılara dəyərli bilik və təcrübə qazandırdı. Təlim boyu brend quruculuğunun əsas prinsipləri, effektiv dizayn strategiyaları və müştəri ilə düzgün ünsiyyətin əhəmiyyəti müzakirə olundu. Gələcək tədbirlərimizdə sizi də görməyə şad olarıq. Bizimlə qalın və yeni imkanlardan xəbərdar olun!
Azərbaycanda oyun sənayesinin qlobal bazara inteqrasiyası güclənir.

13-03-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib. Görüşdə İRİA-nın “Xsolla” ilə ötən ildə başlayan tərəfdaşlığının yeni perspektivləri və bu xüsusda ekosistemin inkişafı müzakirə edilib. Bununla yanaşı, ölkənin oyun studiyaları “Xsolla”nın nümayəndələri ilə fikir mübadiləsi aparıb və şirkətlə […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq razılaşması imzalanıb.

04-03-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşma çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Beyin Mərkəzi“ layihəsi əsasında SABAH qruplarının tələbələri üçün kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, müasir tədris metodlarının tətbiqi və praktiki bacarıqların inkişaf etdirilməsi istiqamətində […]
Azərbaycan ekostartapı Yaxın Şərqin böyük texnologiya tədbirlərində təmsil olunub.

03-03-2025 Azərbaycanın yaşıl texnologiya startapı “Green Public” Yaxın Şərqin nüfuzlu texnologiya konfransları olan “Web Summit Qatar 2025” və “Step Dubai 2025”də iştirak edib. Startapın həmtəsisçiləri Tural Yusifov, Əli Xəyyam və Ramin Səfərov Dubay və Dohada baş tutan sərgilərdə potensial investorlarla görüşlər keçirib, startapın təklif etdiyi texnoloji, xüsusilə də süni intellekt əsaslı ekoloji həllərini geniş auditoriyaya […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi: “Açıq Qapı” görüşünə dəvət

20-02-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ölkədə rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi, habelə yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata keçirilməsi, eləcə də fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərilməsi, innovasiyayönümlü elmi tədqiqatların və innovativ layihələrin […]
Regionlarda innovativ sahibkarlıq üzrə 23 rayon və 700-dən çox vətəndaşı əhatə edən tədbirlər keçirilib.

18-02-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycanın bir sıra regionlarında “INNOSTART” layihəsinin silsilə icma tədbirləri keçirilib. Praktik sessiyaların iştirakçıları innovasiya ekosistemi, startap quruculuğu və ideyaların biznesə çevrilməsi üzrə ətraflı məlumat əldə ediblər. “INNOSTART” layihəsi Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan kimi böyük şəhərləri, eləcə […]
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq edəcək.

14-02-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb. Bu saziş çərçivəsində AKM tərəfindən Peşə Təhsili Mərkəzində aşağıdakı fəaliyyətlər həyata keçiriləcək: • İnformasiya kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində keçirilən fənlərin sillabusları dəyərləndiriləcək, […]