İRİA tərəfindən Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25 Fevral 2026 Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib. Təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqidir. Təlimlərdə Biləsuvar rayonunda […]
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16 Fevral 2026 Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Tədbirdə İnnovasiya və Rəqəmsal […]
İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

11 Fevral 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilib. Forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri […]
Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

10 Fevral 2026 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca altıncı “Məzun Günü” baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, […]
İRİA-nın 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

2 Fevral 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Tədbirdə Agentliyin ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin nəticələri ictimaiyyətə təqdim olunub. Mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov çıxış edərək 2025-ci ilin yekunları barədə ətraflı məlumat verib. O qeyd edib ki, rəqəmsallaşma sahəsində 2025-ci ilin ən önəmli […]
Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirilib

23 Dekabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində media nümayəndələri üçün kibermaarifləndirmə təlimi təşkil olunub. Təlim Mərkəzin “CyberCollab” layihəsi çərçivəsində həyata keçirilib. Təlimin əsas məqsədi rəqəmsallaşan dünyada mövcud kibertəhdidlərə qarşı media nümayəndələrinin məlumatlılığını artırmaq, media qurumlarına yönələn hücum növləri və onlardan qorunma yolları barədə praktiki biliklər təqdim etmək […]
Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib

22 Dekabr 2025 22–27 sentyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq yarışının kibertəhlükəsizlik istiqaməti üzrə seçim və hazırlıq mərhələsinə start verilib. Dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrə […]
İnnovasiya ekosisteminin ən fəal oyunçuları mükafatlandırılıb

18 Dekabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə 17 dekabr 2025-ci il tarixində Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Bu il müsabiqəyə 8 fərqli nominasiya […]
Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

17 Dekabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi və “İsrail Aerokosmik Sənayesi” korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi təsis edilib. Mərkəzin missiyası Azərbaycanda innovasiyalara dəstək vermək, innovativ təhsil, startapların inkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativ yanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir. Mərkəzin açılışında İsrailin Azərbaycandakı […]
Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?

9 Dekabr 2025 09 dekabr 2025-ci il tarixində Nazirlər Kabinetinin Qərarı ilə “Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Yeni Qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini […]