İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb

28 Noyabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir. Memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap ekosisteminin böyüməsi və qarşılıqlı […]

Azərbaycan və Çin ekspertlərinin iştirakı ilə innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

26 Noyabr 2025 Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası baş tutub. Paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər. Çıxışı zamanı Elvin Hacıyev Azərbaycan İnnovasiya […]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsi qiymətləndirilib

26 Noyabr 2025 Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması məqsədi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN) rəqəmsallaşma […]

İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

25 Noyabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmə təlimi təşkil edib. Təlimdə AZAL-ın 50-dən çox rəhbər şəxsi iştirak edib. Tədbirdə çıxış edən İRİA-nın sədr müavini Şahin Əliyev aviasiya sahəsində […]

“Holberton School Azerbaijan”ın yeni təlim proqramları başladı

25 Noyabr 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), “PASHA Holding” və “Holberton School Azerbaijan” ın birgə əməkdaşlığı çərçivəsində 4 yeni proqrama start verilib. 25 noyabr tarixində sözügedən təlim proqramının tədrislərinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə “Holberton School Azerbaijan”ın icraçı direktoru Şəmsi Bayramzadə, İRİA-nın sədr müavini Şahin Əliyev, “PASHA Holding” nümayəndəsi Tuğra Musayeva, eləcə […]

Sumqayıtda Startapların Gələcəyi: Yeni Bir Dövrün Başlanğıcı

Son illərdə dünyada texnologiya və innovasiya sürətlə inkişaf edir. Hər gün yeni ideyalar ortaya çıxır, startaplar daha da böyüyür və insanlar özlərini daha çox rəqəmsal dünyada tapır. Bu inkişaf yalnız böyük şəhərlərdə deyil, həm də kiçik şəhərlərdə baş verir. Sumqayıt da bu dəyişiklikdən kənarda qalmır. Şəhər, öz ənənəvi sənaye irsini bir kənara qoyaraq, yeni bir […]

Sumqayıt İnnovasiya Mərkəzinin açılışı baş tutub!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PAŞA Holding”in sponsorluğu ilə təsis edilmiş Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə qonaq qismində dövlət rəsmiləri, tanınmış ekosistem oyunçuları, startapçılar və İKT icmasının üzvləri iştirak ediblər.    Tədbirin açılış nitqində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov Sumqayıt İnnovasiya Mərkəzinin yaradılmasının ölkə üzrə vahid innovasiya […]