Sumgait Innovation Hub tərəfdaşlığı ilə IDDA Alumni Community çərçivəsində növbəti şəbəkələşmə tədbiri keçirildi

23 Aprel 2026 Tədbirin ilk hissəsində iştirakçılara icma daxilindəki imkanlar və fəaliyyət istiqamətləri təqdim olundu. Daha sonra ADNSU-nun Startap və texnologiya transferi şöbəsinin müdiri Əhməd Əhmədzadə Azərbaycan İnnovasiya Mərkəzində həyata keçirilən layihələr və mövcud imkanlar barədə məlumat verdi. Əsas hissədə Ümid Salay “Süni intellekt səni əvəz edəcək, yoxsa gücləndirəcək?” mövzusunda çıxış edərək AI-nin iş mühitinə […]

Azərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanı!

10 Aprel 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə Azərbaycandan olan oyun studiyalarının bu il 17 – 19 may tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək “Digital Dragons 2026” beynəlxalq oyun konfransında iştirakı üçün müraciət qəbulu açıq elan edilib. Bu tədbirdə oyun studiyaları öz layihələrini təqdim edərək beynəlxalq bazarlara çıxış əldə etmək, […]

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni tədris dalğasına qeydiyyat başladı

7 Aprel 2026 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata start verib. Bu tədris dalğasında da Mərkəz xüsusi imkan təqdim edir. Belə ki, təlim proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində […]

Rəqəmsal oyun ekosisteminin inkişafını dəstəkləyən Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

1 Aprel 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı əsasında ərsəyə gələn Xsolla-IDDA İnkubasiya Proqramına qeydiyyat başlayıb. Proqram Azərbaycan və regionun fərdi oyun tərtibatçıları, eləcə də erkən mərhələdə olan oyun komandaları üçün ideyadan başlayaraq minimal işlək məhsulun yaradılmasını əhatə edən inkişaf strategiyası, beynəlxalq ekspertlərdən mentorluq dəstəyi və peşəkar bacarıqların inkişafı istiqamətində […]

İRİA və “Plug and Play” startapların qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verir

23 Mart 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-nin nüfuzlu innovasiya şirkəti olan “Plug and Play”in əməkdaşlığı çərçivəsində yüksəkpotensiallı startapların “Silikon vadisi” ekosisteminə çıxışını sürətləndirən “GOAL” proqramına (soft landing) start verilib. Proqram ərzində startaplar yeni bazarlara çıxış məqsədilə strateji hazırlıq, adaptasiya, uğurlu rəqabət və investisiya cəlbi kimi bacarıqlara yiyələnəcək, “Plug and Play”in aparıcı […]

İRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17 Mart 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Çad Respublikasında rəsmi səfərdə olub. Heyətin tərkibində dövlət şirkətləri və texnopark rezidentlərinin rəhbər nümayəndələri də yer alıb. Səfər Çad Respublikasının telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarın dəvəti ilə baş tutub. Səfər çərçivəsində Çad Respublikasının Baş naziri Allamaye Halina ilə İRİA-nın […]

“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?

2 Mart 2026 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı ildə keçirilmiş müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib. Dövlət başçısının Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması […]

İRİA tərəfindən Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25 Fevral 2026 Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib. Təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqidir. Təlimlərdə Biləsuvar rayonunda […]

Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16 Fevral 2026 Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Tədbirdə İnnovasiya və Rəqəmsal […]

İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

11 Fevral 2026 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilib. Forumda Türkiyə və Azərbaycanın ümumilikdə 70 İKT şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər nümayəndələri  […]