Yeni İKT proqramına qeydiyyat başlayır

11/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və aparıcı qlobal İT şirkəti “Andersen”in birgə əməkdaşlığı çərçivəsində “IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır. Bir il davam edəcək proqramın ilk 3 ayında Java, QA və Sistem Təhlili üzrə beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən təkmilləşdirici təlimlər keçiriləcək. Növbəti 6 ay ərzində iştirakçılar real layihə tapşırıqları üzərində işləyəcək və komandada […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Təl-Əviv Universiteti arasında strateji razılaşma əldə edilib.

04/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Təl-Əviv Universiteti arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair strateji razılaşma əldə edilib. Bu razılaşma kibertəhlükəsizlik və süni intellekt üzrə əməkdaşlığın gücləndirilməsi, həmçinin tədqiqat, təhsil və innovasiya istiqamətində qarşılıqlı potensialın inkişaf etdirilməsi məqsədini daşıyır. Razılaşma çərçivəsində əməkdaşlıq bir neçə əsas istiqaməti əhatə edir. Bunlara Təl-Əviv Universitetinin […]
Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib.

27/05/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) iştirakı ilə Azərbaycanın Qlobal İnnovasiya İndeksində (Qİİ) mövqeyinin gücləndirilməsinə həsr olunmuş videokonfrans baş tutub. Görüşün keçirilməsində başlıca məqsəd ölkəmizin sözügedən qlobal reytinqdə göstəricilərinin təhlili, əldə edilmiş nəticələr və qarşıda duran çağırışlarla əlaqədar fikir mübadiləsinin aparılması olub. İRİA-nın sədri Fərid […]
Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir.

23/05/2025 İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. Son dörd ilin hesabatlarında ardıcıl yüksəliş nümayiş etdirən Azərbaycan cari ildə ən yüksək nəticəyə nail olub. Belə ki, ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ekosistemin illik artım tempi 24% təşkil edib ki, bu […]
Bakı nüfuzlu innovasiya reytinqində “İlin şəhəri” seçilib.

23/05/2025 İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. Hesabatda diqqətçəkən əsas məqam Bakının bir neçə kateqoriya üzrə digər Mərkəzi Asiya şəhərlərindən daha yüksək nəticə göstərərək “İlin şəhəri” seçilməsidir. Bakı şəhəri, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, həmçinin sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, […]
Azərbaycanın oyun studiyaları üçün ilk qlobal inkubasiya proqramı keçirilir.

15-05-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla” şirkətinin tərəfdaşlığı ilə rəqəmsal oyun yaradıcıları üçün “Xsolla–IDDA Incubation Program” – inkubasiya proqramının təqdimatı baş tutub. Azərbaycanda ilk dəfə keçirilən bu proqramın məqsədi qabaqcıl beynəlxalq təcrübə və mentor dəstəyini ölkəmizə gətirməklə yüksək potensialı olan yerli oyun studiyalarının inkişafına təkan verməkdir. Üç aylıq hibrid proqramda seçim mərhələsini […]
Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib.

14-05-2025 14 may tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd media nümayəndələrini müasir kibertəhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfə verməkdir. Təlimdə İRİA-nın İdarə Heyətinin […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İctimai Şura üzvləri arasında görüş baş tutub.

01-05-2025 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəhbər heyəti arasında görüş keçirilib. Görüşün məqsədi Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər barədə məlumat vermək, vətəndaş cəmiyyətinin rəylərini dinləmək olub. Görüşdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, sədr müavinləri, müşavirlər və departament rəhbərləri, eləcə də İctimai […]
Azərbaycan Səudiyyə Ərəbistanı ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq edəcək.

28-04-2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və Almaniyanın “Hertie School” Unversitetinin tərəfdaşlığı ilə keçirilən “Rəqəmsal akademiya”nın növbəti səfəri Səudiyyə Ərəbistanına baş tutub. “Rəqəmsal transformasiya və dövlət sektorunda səmərəlilik” mövzusuna həsr olunmuş bu sessiyada Azərbaycanın dövlət qurumlarının nümayəndələri və Səudiyyə Ərəbistanının rəqəmsallaşma üzrə aparıcı ekspertləri iştirak edib. Bu səfərin məqsədi Səudiyyə Ərəbistanının rəqəmsal transformasiya […]
Sumqayıtda respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib.

27-04-2025 27 aprel 2025-ci il tarixində Sumqayıt şəhərində “Sumqayıt Cup” respublika üzrə proqramlaşdırma müsabiqəsi keçirilib. Tədbir, 2025-ci ildə ilk dəfə Bakıda təşkil olunacaq ICPC 2025 Dünya Finalına hazırlıq çərçivəsində reallaşdırılıb. Müsabiqə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Sumqayıt İnnovasiya Mərkəzi, Sumqayıt Dövlət Universiteti və ICPC Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirə ölkənin müxtəlif bölgələrindən tələbə […]