Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub.

30 İyul 2025 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca beşinci “Məzun Günü” baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. Tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov kibercinayətkarlığın artan qlobal […]
“Rəqəmsal Yay Məktəbi” uğurla yekunlaşıb.

28 İyul 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə əməkdaşlığı, Sumqayıt Dövlət Universiteti və “Sumgait Innovation Hub”ın dəstəyi ilə həyata keçirilən “Rəqəmsal Yay Məktəbi” təlim proqramı yekunlaşıb. Proqram çərçivəsində Sumqayıt şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan, eləcə də “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan 100 nəfər şagirdə robototexnika və proqramlaşdırma […]
Azərbaycan nümayəndə heyəti Silikon Vadisinə səfər edib.

25 İyul 2025 49-cu ICPC Dünya Finalına hazırlıq çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyətinin ABŞ-nin Kaliforniya ştatında yerləşən Silikon Vadisinə səfəri baş tutub. Səfər zamanı “ICPC Foundation”ın dəstəyi və təşkilatçılığı ilə 2-4 iyul tarixlərində bir sıra rəsmi tədbir və görüşlər keçirilib. 2 iyul tarixində Silikon Vadisində yerləşən “Quora” şirkətinin baş ofisində Bakıda […]
Regional inkubasiya proqramında 32 yeni startapın təqdimatı baş tutub.

25 İyul 2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə regionlarda “Innostart” layihəsinin inkubasiya mərhələsinin “DemoDay” tədbirləri keçirilib. Tədbirlərdə dövlət qurumları və özəl təşkilatların nümayəndələri, innovasiya ekspertləri, eləcə də startap təsisçiləri iştirak ediblər. “Innostart” inkubasiya proqramı çərçivəsində ümumilikdə 32 startap qurulub. Onların 29-u minimal işlək məhsulunu potensial bazara təqdim etməyə […]
İKT-də qadınların rolu güclənir: “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə yekun vuruldu.

24 İyul 2025 24 iyul 2025-ci il tarixində “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi baş tutub. Müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilib. Final mərhələsinə keçən 11 iştirakçının layihə təqdimatı ilə başlayan […]
“Rəqəmsal akademiya”da Almaniya, Sinqapur və Səudiyyə Ərəbistanının təcrübəsi öyrənilib.

03/07/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və Almaniyanın “Hertie School” Dövlət İdarəçiliyi Məktəbinin tərəfdaşlığı ilə keçirilən “Rəqəmsal akademiya” proqramının strateji sessiyasına yekun vurulub. 2024-cü ilin dekabrından etibarən davam edən strateji sessiyada 40-dan çox dövlət qurumundan nazir müavinləri və müşavirləri də daxil olmaqla, 70-ə yaxın rəhbər şəxs iştirak edib. Sessiya ərzində Almaniya, Səudiyyə Ərəbistanı […]
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib.

25/06/2025 23 iyun 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib. Görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı İRİA-nın aidiyyəti nümayəndələri tərəfindən “Rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” layihəsi və “Elektron Hökumət İnformasiya Sistemlərində (EHİS) fəaliyyət davamlılığının inkişafı” mövzularında […]
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yenilənmiş veb-saytı istifadəyə verilib.

21/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) özünün yenilənmiş rəsmi veb-saytını istifadəyə verib. Yeni platforma Agentliyin fəaliyyət istiqamətləri, təşəbbüsləri və strateji məqsədləri barədə daha dolğun və əlçatan informasiya təqdim etmək məqsədilə yaradılıb. Yenilənmiş veb-sayt istifadəçi dostu interfeysi, müasir dizaynı və strukturlaşdırılmış məzmun təqdimatı ilə seçilir. Yeni sayt sadə və intuitiv interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli […]
“Startup Genome” hesabatı: Azərbaycanda İKT, rəqəmsal dövlət və oyun sənayesi kimi sahələr yüksəlişdədir.

18/06/2025 İnnovasiya ekosisteminin qlobal müstəvidə təhlilini aparan “Startup Genome” platforması 2025-ci il üçün hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın bir sıra innovativ texnologiyalar üzrə irəliləyiş əldə etdiyi vurğulanır. Belə ki, ölkəmiz İKT, dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi və oyun sənayesi kimi sahələrdə rəqabətqabiliyyətli göstəricilərə sahibdir. Bundan əlavə, hesabatda bildirilir ki, Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk […]
İRİA-nın Nüvə tədqiqatları departamentinin fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub

12/06/2025 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin fəaliyyətini əks etdirən videoçarx təqdim edilib. Videoda radiasiya texnologiyaları, məhsulların sterilizasiyası, qamma şüalandırması və radionuklid analizi üzrə xidmətlər, müasir laboratoriya imkanları və eləcədə ölkəmizdə sahibsiz radioaktiv materialların axtarışı ilə bağlı ətraflı məlumat yer alıb. Qeyd edək ki, Nüvə tədqiqatlari departamenti radionuklid analizləri, qamma şüalandırma, radiasiya cihazlarının […]