İnnovativ inkişafınıza təkan verəcək yeni layihə ilə qarşınızdayıq!
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Code Academy-nin birgə əməkdaşlığı çərçivəsində innovasiya ekosistemi üzvlərinin beynəlxalq sertifikatlaşdırılma proqramına start verilir. Məqsəd Azərbaycanın innovasiya ekosisteminin və təmsilçilərinin qlobal səviyyədə nüfuzunu artırmağa töhfə verməkdir.
Layihə iştirakçılara nə təklif edir?
– Müxtəlif istiqamətlər üzrə nüfuzlu təlimlər
– Mentor dəstəyi ilə praktiki bilik və bacarıqların inkişafı
– “Global Innovation Institute” (GInI) tərəfindən rəsmi sertifikat
Kimlər müraciət edə bilər?
İnnovasiya sahəsində 1-3 illik təcrübəyə malik şəxslər
Qeyd edək ki, layihə çərçivəsində 50 iştirakçının 11 müxtəlif istiqamət üzrə sertifikatlaşdırılması planlaşdırılıb.
Müraciət üçün son tarix: 22 yanvar, 23:59
Qeydiyyat üçün link: https://shorturl.at/7sUjo
Beynəlxalq səviyyəli sertifikatınızla fərqlənmək üçün bu fürsəti qaçırmayın!