3 Noyabr 2025
Təlimçi İsa Qasımov (İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru – “Enterprise Azerbaijan” portalının rəhbəri) iştirakçılarla texnologiyanın bizneslə inteqrasiyası, innovasiyaların sahibkarlıqda rolu və gələcək trendlər haqqında dəyərli biliklərini bölüşdü.
💫 Təlim zamanı gənclər texnoloji sahibkarlığın əsas prinsiplərini öyrənərək, yeni ideyalar üzərində düşünmək və onları reallaşdırmaq bacarıqlarını inkişaf etdirdilər.
İştirak edən hər kəsə təşəkkür edirik – birlikdə öyrəndik, paylaşdıq və innovasiyaya bir addım daha yaxınlaşdıq!